Close

Partnyorlar

DOST FESTİVALLAR

 

118525093_1080251119069666_5804387159355525199_o

Animafilm Beynəlxalq Animasiya Festivalı

2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

 

DokuBaku_Loqo_Black

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı

DokuBaku, Azərbaycanda ilk müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə festivalın qurulmasından bəri məqsədimiz dünyanın hər yerindən seçilmiş sənədli filmlərin beynəlxalq proqramda nümayiş etdirilməsi və yerli rejissorları, eləcə də, qeyri-bədii filmləri dəstəkləmək məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdir. IDFF, yerli sənədli film rejissorlarının film nümayişini dəstəkləməklə yanaşı, geniş ictimaiyyətə xitab edəcək bənzərsiz, təkrarolunmaz beynəlxalq sənədli film proqramı ilə kinosevərlərin görüşünə gələcək. Festival müxtəlif sahələri əhatə edən yerli və xarici kinematoqrafçıların diskussiyaları ilə daha da zənginləşəcək.

Biz inanırıq ki, DokuBaku Azərbaycanın mədəni həyat və film ictimaiyyətindəki boşluğu dolduracaq, individual film proqramı və ötən illərdəki tədbirləri kimi əvəzsiz nəticələr verəcək.

 

116800577_112824440526547_2641877471991621337_o

SEVİL Sənədli Qadın Film Festivalı

İlk dəfə bu il keçirilən SEVİL Sənədli Qadın Film Festivalı Azərbaycanda gender məsələlərinə toxunan sənədli filmlərin regionlarda nümayiş etdirilməsinə yönəlib. Əsasən də, regionlarda sənədli film festivalı ənənəsinin olmaması və həm də gender problemlərinin qabarıq formada olması bizim kiçik könüllü komandamızı gender bərabərliyini təbliğ etmək üçün regionlarda film festivalı ideyasına təşviq etdi.