Close

Bol filmlər, zəngin proqram, faydalı görüşlər

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
06.11.2023 - 21:32
960
0

 

Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyi, Kino Agentliyinin  rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Həmçinin festivalın açılış günü Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə həmçinin “Cinemobil”də yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.

Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub, mükafatlar qazanan Yavər Rzayev, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcək.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzaneh yer alır.

Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəsti- xətti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.

Festivalda yer alan yerli və xarici qısa filmlər 6 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Beləki, 11 noyabrda saat 14:00-da “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı- BAFTA namizədlərinin xüsusi nümayişi olacaq. Nümayişdə proqram çərçivəsində göstərilən “Baziqaqa” filminin rejissoru Co İnqabir Moyis də iştirak edəcək.

“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək.

“Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film - Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.

Festival müddətində həmçinin noyabrın 14-də saat 16:00 -da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı mühazirəsi baş tutacaq.

Festival qaliblərinin mükafatlandırılma mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı  ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstitutu yer alır.

Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, Mədəniyyət qəzeti, Mədəniyyət jurnalı, Kinoyazar saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşıdır.

 

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramı 

Uzun hekayələr qısa filmlərdə

 

10 NOYABR  2023

Nizami Kino Mərkəzi Zal 2

11:00  /  60* 

Soil / Director: Alex Cvetkov / Slovenia / Fiction / International Competition / 29*

Raticide / Director: Joao Niza /Portugal / Fiction / International Competition / 23*

Glimpse of Childhood / Director: Nizami Murtuzayev / United States / Fiction / International Competition / 8*

 

Nizami Kino Mərkəzi Zal 2

12:00 /  80*

Axtarış / Rejissor: Vüsal Əhmədzadə / Bədii / Panorama / 13*

Cənab leytinant / Rejissor: Gülüstan Əliyeva / Sənədli / Panorama  15*

Hədiyyə / Rejissor: Sevinc Mahmudova / Bədii / Panorama / 14*

Dano / Rejissor: Fərid Kərim / Bədii / Panorama / 8*

İlğım / Rejissor: Aydın Arslan / Bədii / Panorama / 30*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

14:30 /  49*   

Qara qoç / Rejissor: Səmimi Fərhad / Bədii / Panorama / 19*

Nümayiş / Rejissor: Turan Yaqublu / Bədii / Panorama / 30*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 1

19: 00

FESTİVALIN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

 

 

11 NOYABR 2023

Nizami Kino Mərkəzi Zal 2

11: 00 / 59* 

Rites / Director: Damian Vondrasek / Czechia / Fiction / International Competition / 15*

Hell is Empty all the Devils are Here / Director: Ozgurcan Uzunyasha / Turkey / Fiction / International Competition / 19*

Martha / Director: Leo Medard / Belgium / Fiction / International Competition / 25*

 

Nizami Kino Mərkəzi Zal 2

12:00 / 48*

Arxa cəbhə / Rejissor: Gülay Babayeva /Bədii / Yerli müsabiqə / 24*

Hökm / Rejissor: Elmar Fərziyev / Bədii / Yerli müsabiqə / 24*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

14:00 / 68*

Bus Girl / Director: Jessica Yu-Li Henwick / United Kingdom / Fiction / Bafta nominees / 11*

Bazigaga / Director: Jo İngabire Moys / UK - France / Fiction / Bafta nominees / 26*

Your Mountain is Waiting / Director: Hannah Jacobs / United Kingdom / Animation / Bafta nominees / 8*

An Irish Goodbye / Director: Tom Berkeley, Ross White / United Kingdom / Fiction / Bafta nominees / 23*

“Bazigaga” filminin rejissoru ilə sual-cavab

 

Nizami Kino Mərkəzi Zal 2

15:45 / 96*

Məhvolma / Rejissor: İqor Smola / Bədii / Yerli müsabiqə / 23*

Qul / Rejissor: Ucal Zeynalov / Bədii / Yerli müsabiqə / 22*

Nəfəs / Rejissor: Elmar Bayramov / Bədii / Yerli müsabiqə / 30*

Salam İsa / Rejissor: Səməd Ağayev / Bədii / Yerli müsabiqə / 21*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 3

18:00 / 97*

Aqueronte / Director: Manuel Munoz Rivas / Spain / Documentary / International Competition / 25*

When a Rocket Sits on the Launch Pad / Director: Bohao Liu / China-USA / Documentary / International Competition / 12*

The Wall / Director: Evrim Inci / Turkey / Documentary / International Competition / 15*

Three Sisters / Director: Iman Behrouzi / Iran / Documentary / International Competition /12*

Galina Petrovna / Director: Nikita Lovetsky Kyrgyzstan Documentary International Competition 17*

Nocturne for a Forest / Director: Catarina Vasconcelos / Portugal / Documentary / International Competition / 16*

 

 

12 NOYABR 2023

Nizami Kino Mərkəzi Zal 2

11:00 / 58*

Je te ferai un film / Director: Amani Jaafer / Tunisia / Fiction / International Competition /14*

Your way my way / Director: Sharon Kleinberg / Mexico / Fiction / International Competition /16*

The Cleanse / Director: Dzana Pinjo / Bosnia and Herzegovina / Fiction / International Competition /15*

Applause / Director: Guilherme Daniel / Portugal / Fiction/  International Competition / 13*

 

Nizami Kino Mərkəzi Zal 3

11:00 / 64*

Beyond Teruel / Director: Manuel Omonte / Spain / Fiction / International Competition / 23*

Tskaltubo / Director: Toby Andris / Canada / Fiction / International Competition / 24*

Foto di Gruppo / Director: Tommaso Frangini / Italy / Fiction / International Competition / 17*

 

Nizami Kino Mərkəzi Zal 2  

12:00 / 46*

Pianist / Rejissor: Məmmədəmin Əlizadə / Bədii / Yerli müsabiqə /  7*

Yazda payız / Rejissor: Günay Səlimsoy / Bədii / Yerli müsabiqə / 10*

Yelləncək / Rejissor: Ayşə Mirzəzadə / / Bədii / Yerli müsabiqə / 29*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2  

16:00 / 52* 

Mən hələ də səninlə danışıram / Rejissor: Türkan Hüseyn / Sənədli / Yerli müsabiqə / 15*

Nigaran / Rejissor: Orxan Adıgözəlov / Sənədli / Yerli müsabiqə / 23*

Sabahın xeyir, Sübh anası / Rejissor: Kürçaylı Məmmədov / Sənədli / Yerli müsabiqə / 14*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 3

17:30 / 86*

Qurd / Rejissor: Bəhruz Şəmşiri / İran / Bədii / Dili bizim /14*

Mənim payım / Rejissor: Əmin Bahocb / İran / Sənədli / Dili bizim / 19*

Boğanaq / Rejissor: İbrahim Cavadxani / İran / Bədii / Dili bizim / 20*

Çərçi / Rejissor: Mehdi Behzadpur / İran / Bədii / Dili bizim / 15*

Don / Rejissor: Hamed Musəvi Hüseyni / İran / Bədii / Dili bizim / 18*

 

Nizami Kino Mərkəzi Zal 3

20:00 / 74* 

Road to Harvard / Director: Danny Chong  Ka Yung / Malaysia / Fiction / Asian Talents /14*

Inside / Director: Ajit Giri / India / Fiction / Asian Talents /30*

Bride Stone / Director: Gozal Duishenkulova / Kyrgyzstan / Fiction / Asian Talents / 15*

This is not a Place For You / Director: Jeyda Ashar / Turkey / Fiction / Asian Talents / 15*

 

 

13 NOYABR 2023

Nizami Kino Mərkəzi  Zal 2

11:00 / 111*

Boiling / Director: Luka Djikanovic / Montenegro / Fiction/  International Competition / 27*

Let's talk / Director: Elad Mukades / Israel / Fiction/ International Competition / 18*

Nada De Todo Esto / Director: Patricio Martinez, Francisco Canton / Spain, Argentina, United States / Fiction/  International Competition / 18*

Far / Director: Gunnur Martinsdottir Schlüter / Iceland / Fiction/  International Competition / 6*

News from Nepal / Director: Mikhail Balabin / Russia / Fiction/  International Competition / 25*

My Girl Friend / Director: Kawthar Younis / Egypt / Fiction/  International Competition / 17*

 

Nizami Kino Mərkəzi  Zal 3 

11:00 / 10*

CINEMASPORTS/ AZERBAIJAN təqdim edir

Çətin hissə / Rejissorlar:  Elçin Məmmədov, Elmar Əhmədov / 3*

Qapalı qapılar / Rejissorlar: Valentine Untrue, Nadin Spark / 2*

Gözümün işığı/  Rejissorlar: Ülkər və Leyla Bunyatzadə / 2*

Hər kəsin öz kinosu / Rejissorlar: Nikol Suleykina / 3*

 

Nizami Kino Mərkəzi  Zal 3 

13: 00 / 66* 

Witchfairy / Director: Cedric Igodt, David Van de Weyer  / Belgium-Bulgaria / Animation / International Competition / 15*

Lupus in Fabula / Director: Vuk Palibrk, Tanja Brzakovic / Serbia / Animation / International Competition /  8*

Hadis / Director: Nazrin Aghamaliyeva / Azerbaijan, USA, Czechia /Animation / International Competition / 9*

Missing / Director: Yan-Bo Li, Yu-Shu Lyu, Yin-Jhen Cai / Taiwan (PRC) /Animation / International Competition / 7*

Nano / Director: Jia -En Guang / Taiwan (PRC) / Animation / International Competition / 4*

Love bubbles / Director: Marsel Hobi / Switzerland / Animation / International Competition / 8*

Scale / Director: Joseph Pierce / France-UK- Czechia-Belgium / Animation / International Competition / 15*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

15:00 / 65*

Fatih the Conqueror / Director: Onur Yagiz / Turkey-France / Fiction / International Competition / 15*

Little Love / Director: Aizhan Kassymbek / Kazakhstan / Fiction / International Competition / 18*

The Devil / Director: Jan Bujnowski / Poland / Fiction / International Competition / 17*

Angry Fish / Director: Kostas Chaliasas / Greece / Fiction / International Competition / 15 *

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

16:30 / 60*

Qütb ulduzu / Rejissor: Şirin Əhmədov / Bədii / Yerli müsabiqə / 30*

Pup / Rejissor: Emil Musayev / Bədii / Yerli müsabiqə / 15*

Yəhuda öpüşü / Rejissor: Elvin Əhmədoğlu / Bədii / Yerli müsabiqə / 15*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəz Zal 3

18: 00 / 45*  

Maya / Rejissor: Xəyal Rza / Sənədli / Yerli müsabiqə / 30*

Torpağa bağlananlar / Rejissor: Anar Kəkəyev / Sənədli / Yerli müsabiqə / 15*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəz  Zal 3

20:00 / 84*

Bakı eyvanları / Rejissor: Zaur Məhərrəmov / Sənədli / Retrospektiv / 9*

Yaşa, qızıl balıq / Rejissor: Nicat Feyzullayev / Bədii / Retrospektiv / 21*

Cazibə qüvvəsi / Rejissor: Həsən Seyidbəyli / Bədii / Retrospektiv / 26*

Münəccimin şagirdi / Rejissor: Arif Məhərrəmov / Animasiya / Retrospektiv / 10*

Vahimə / Rejissor: Rüfət Əsədov / Bədii / Retrospektiv / 18*

 

14 NOYABR 2023

Nizami Kino Mərkəzi Zal  3

11: 00 /  80*  

Back & Forth / Director: Chun Hei Che / Hong Kong (PRC) / Fiction / Asian Talents / 14*

The Sun is Up and I Shall Live / Director: Jasmine Monaz / Singapore / Fiction / Asian Talents / 19*

Apollo / Director: Farzad Ranjbar / Iran / Fiction / Asian Talents / 16*

Split Ends / Director: Alireza Kazemipour / Iran / Fiction / Asian Talents / 14*

Happy Independence Day / Director: Camila Sagyntkan / Kazakhstan / Fiction / Asian Talents / 17*

 

Nizami Kino Mərkəzi Zal 2

13: 00 / 64*

Alma / Rejissor: Böyükağa Əliyev / Sosial çarx / Yerli müsabiqə / 2*

Dalan / Rejissor: Emil Məmmədov / Sosial çarx / Yerli müsabiqə / 5*

Əmanət / Rejissor: Şəhriyar Camalbəyli /  Sosial çarx / Yerli müsabiqə / 3*

Gəncə - Ad günü hədiyyəsi / Rejissor: Vüsal Əhmədzadə / Sosial çarx / Yerli müsabiqə / 2*

Xocalı / Rejissor: Vüsal Həmdullayev / Sosial çarx / Yerli müsabiqə / 3*

Flying in Darkness / Director: Safar Ali Danish / Pakistan / Fiction / Asian Talents / 20*

When The Shift Ends / Director: Erinch Durlanık / Turkey / Fiction / Asian Talents / 20*

Hope / Director: Volkan Girgin / Turkey / Fiction / Asian Talents / 9*

Filmlərin yaradıcı heyətinin iştirakı ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

15:00 / 59*

The Bride / Director: Sonia Fathi / Iran / Fiction / Asian Talents / 12*

Together, Alone / Director: Kasım Ordek / Turkey / Fiction / Asian Talents / 20*

Həyat / Rejissor: Əli İbayev / Bədii / Cinemobil / 1*

Xalça / Rejissor: Aygün Baxşiyeva  / Bədii / Cinemobil /  4*

Saatsaz / Rejissor: Hüseynağa Aslanov / Bədii / Cinemobil / 5*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Mətbuat zalı

16: 00 

Tanınmış qrafik dizayner Rəsul Həsən: “Kinoda süni intellekt texnologiyasının tətbiqi” / Mühazirə

 

Nizami Kino Mərkəzi Zal 3

17:00 / 42*

Qonaq / Rejissor: Mirhafiz Həsənov / Bədii / Yerli müsabiqə / 30*

Məni xatırla / Rejissor: Lamiyə Həsənova / Bədii / Yerli müsabiqə / 4*

Sıxıntı / Rejissor: Zeynəb Tahir / Bədii / Yerli müsabiqə /  8*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 2

19: 00 / 48*

Qaragh / Director: Suad Gara / Azerbaijan / Fiction / International Competition / 19*

Survivor / Director: Karim Azimi / Iran / Fiction / International Competition / 14*

İki gün / Rejissor: Teymur Qəmbərov / Bədii / Yerli müsabiqə / 15*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

 

15 NOYABR

Nizami Kino Mərkəzi Zal 3

11: 00 / 113*

Bad Boy Buck / Director: James Fitzgerald / Ireland / Fiction / International Competition / 22*

Aykuo / Director: Ayaal Adamov / Russia / Fiction / International Competition / 20*

Banquet / Director: Irina Gmir / Belarus /  Fiction / International Competition / 22*

The Wedding Song / Director: Adilet Omorov / Kyrgyzstan / Fiction / Asian Talents /12*

Transit / Director: Baqer-Al-Rubaie / Iraq / Fiction / Asian Talents /16*

Catch / Director: Shingyu Kang / Korea / Fiction / Asian Talents / 7*

The Real Truth about the Fight / Director: Andrea Slavicek / Croatia-Spain / Fiction /International Competition / 14*

 

Nizami Kino Mərkəzi Zal 2  

14: 00 / 70*

Halva / Rejissor: Leyla Əşrafi / Sənədli / Panorama / 11*

Kuklalar / Rejissor: Sevinc Quliyeva / Animasiya / Panorama / 6*

Problem yoxdur / Rejissor: Elçin Ağazadə / Sənədli / Panorama / 28*

Timid və ağacdələn / Rejissor: Toğrul Məstəliyev / Animasiya / Panorama / 3*

36 kadr / Rejissor: Cavid Həşimov / Sənədli / Panorama / 22*

Filmlərin yaradıcı heyəti ilə müzakirə

 

Nizami Kino Mərkəzi Zal 1 

19:00

FESTİVALIN BAĞLANIŞ -MÜKAFATLANDIRMA MƏRASİMİ